İçərisində 256 sərnişin olan təyyarə məcburi eniş etdi

3 Avqust 2013 21:55 (UTC+04:00)
Avqusutun 3-də "American Airlines" hava şirkətinə məxsus təyyarə təcili Kolumbiyada yerə enib.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, buna səbəb təyyarədə yanğın göstərilib.

Buenos-Ayresdən Mayamiyə uçan təyyarənin göyərtəsində 256 sərnişin olub. Onların arasında xəsarət alan olmayıb.

İlkin məlumata əsasən, təyyarənin hissəsindəki bölmələrdən biri yanıb. Ona görə də ekipaj Kolumbiyanın Boqota şəhərindəki hava limanında qəfil enmə qərarına gəlib

AzNews.az