Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

17 Noyabr 2023 13:08 (UTC+04:00)

Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.