Abdulla Gül taksi sürücüləri ilə çay içdi- Fotolar

4 Avqust 2013 07:45 (UTC+04:00)
Abdulla Gül dayanacaqlarda çay içərkən çəkdirdiyi şəkilləri şəxsi "Twitter" səhifəsində paylaşıb.

AzNews.az AnsPress-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdullah Gül dəvət olunduğu iftardan qayıdarkən yolüstü taksi sürücüləri ilə çay içib. Ölkə rəhbəri bunun üçün eyni axşam iki fərqli taksi dayanacağında olub. Sosial şəbəkədən ən çox istifadə edən prezidentlərdən biri olan Abdulla Gül bu dayanacaqlarda çay içərkən çəkdirdiyi şəkilləri şəxsi "Twitter" səhifəsində paylaşıb.

AzNews.az