Bayden müvəqqəti büdcə qanun layihəsini təsdiqlədi

17 Noyabr 2023 14:22 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden federal hökumətin bağlanmasının qarşısını alacaq müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden daha əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilən qanun layihəsini imzalayıb.

Qanun layihəsi Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil İnşaatı və Şəhərsalma kimi nazirliklərə yanvarın 19-dək, hökumətin qalan hissəsinə, o cümlədən Müdafiə Nazirliyinə (Pentaqon) isə fevralın 2-dək maliyyə ayrılmasını nəzərdə tutur.

Mövsüm

Aznews.az