Macarıstan Aİ ilə fikir ayrılıqlarına dair milli məsləhətləşmələrə başladığını elan edib

17 Noyabr 2023 16:57 (UTC+04:00)

Macarıstanda milli məsləhətləşmələr noyabrın 17-də başlayır, bu zaman ölkə vətəndaşları Avropa İttifaqı (Aİ) ilə fikir ayrılıqları, habelə Ukraynanın birliyə daxil olması və ona hərbi yardım göstərilməsi ilə bağlı fikirlərini bildirəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin rəsmi nümayəndəsi Aleksandra Szentkirayi özünün "Facebook" səhifəsində məlumat verib.

Szentkiray videomüraciətində vurğulayıb ki, Brüssel və Budapeşt arasında son vaxtlar Macarıstanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi ilə bağlı çoxlu mübahisələr olub. O xatırladıb ki, Avropa liderləri Macarıstan rəhbərliyindən Kiyevə silah tədarükü üçün maliyyəni artırmağı və Macarıstanda “miqrantlar üçün getto” yaratmağı, həmçinin mənzil-kommunal xidmətlərə subsidiyaları, faiz dərəcələri üzrə tavanı və artıq mənfəət vergisini ləğv etməyi tələb edirlər.

Mövsüm