Ermənistan BCM-nin tamhüquqlu üzvü olacaq

17 Noyabr 2023 17:56 (UTC+04:00)

Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiyasını təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (BCC) tamhüquqlu üzvü olacaq.

Aznews.az xəbər verir ki, bu barədə BCM-in press-relizində deyilir.

“Ermənistan Nizamnaməyə qoşulan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu dövlət olacaq”, - press-relizdə deyilir.

Bundan əlavə, BCM bildirib ki, Ermənistan rəsmiləri BCM-yə müraciətlərində göstəriblər ki, onların ölkəsi “10 may 2021-ci il tarixindən etibarən BCM-nin yurisdiksiyasını geriyə doğru qəbul edir”.

Həmçinin qeyd edək ki, Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, əvvəllər Rusiyanın yüksək vəzifəli şəxslərinin həbsinə orderlər vermiş BCM-nin ədalətlə heç bir əlaqəsi yoxdur, çünki bu, Qərb üçün arzuolunmaz şəxslərin mühakimə olunması üçün sifarişləri yerinə yetirən siyasiləşmiş qurumdur. Qaluzin həmçinin qeyd edib ki, bu orderlər “tamamilə etibarsızdır”.

Mövsüm