Zaxarova: Moldova hakimiyyəti ölkənin neytral statusunu ləkələyir

17 Noyabr 2023 18:03 (UTC+04:00)

Moldova hakimiyyəti Moldovanın neytral statusunu gizlətməyə çalışır.

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Moldova rəhbərliyi ardıcıl olaraq ölkənin konstitusiyasında təsbit olunmuş neytral statusunu pozmağa və ləğv etməyə çalışır və moldovalıların əksəriyyətinin bununla razılaşmadığından şikayət etməkdən əl çəkmir”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, bu, Pridnestrovyedə böyük narahatlıqla qarşılanır. Zaxarova bəyan edib ki, belə kurs dağıdıcıdır və təhlükəsizliyin təmin edilməsi ilə heç bir əlaqəsi yoxdur.

Mövsüm