Olaf Şolts: “HAMAS” İsrailə vəhşicəsinə hücum edib"

17 Noyabr 2023 22:43 (UTC+04:00)

“İsrailin özünü müdafiə haqqı var”.

Aznews.az xəbər verir ki , bu barədə Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O, “HAMAS”ın İsrailə vəhşicəsinə hücum etdiyini qeyd edib.

Şolts ölkəsinin Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımların göndərilməsi məsələlərində əlindən gələni etdiyini də vurğulayıb.