Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edilib

18 Noyabr 2023 11:02 (UTC+04:00)

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.

Aznews.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.