Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib

18 Noyabr 2023 22:00 (UTC+04:00)

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib

"Aznews.az" xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.