Türkiyə ordusu 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib

19 Noyabr 2023 14:40 (UTC+04:00)

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular "Zeytun budağı" əməliyyatı keçirldiyi ərazidə hücuma hazırlaşırdı.

Nazirlik qeyd edib ki, Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir.