Türkiyədə TIR aşıb

19 Noyabr 2023 21:42 (UTC+04:00)

Türkiyədə baş verən qəzada TIR aşıb.

Aznews.az xəbər verir ki, Ərzurumun Tortum rayonunda noxud dolu yük maşınının aşması nəticəsində sürücü həlak olub.

Azərbaycan vətəndaşı 37 yaşlı V.N.-nin idarə etdiyi 35 ZA 114 nömrəli yük maşını Oltu-Törtüm avtomobil yolunun Aksu rayonu ərazisində idarəetməni itirərək aşıb.

Sürücü ilkin tibbi yardım göstərildikdən sonra Tortum Dövlət Xəstəxanasına aparılıb.

həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.