Meksikada ağır yol qəzası: 5 nəfər diri-diri yandı

4 Avqust 2013 10:30 (UTC+04:00)
Meksikanın şərqində yerləşən Verakrus şəhərində sərnişin avtobusu yük avtomobili ilə toqquşub, nəticədə ən azı 5 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, toqquşmadan dərhal sonra avtomobillərdə yanğın baş verib, nəticədə hər iki sürücü və üç sərnişin diri-diri yanıb.

Yaralılar xəstəxanalara aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.


AzNews.az