İran XİN İsrailin gəminin ələ keçirilməsində iştirakına dair ittihamlarını rədd edir

20 Noyabr 2023 14:14 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani İsrail baş nazirinin dəftərxanasının Qırmızı dənizdə “Galaxy Leader” gəmisinin ələ keçirilməsində Tehranın əli olması ilə bağlı ittihamları rədd edib.

Aznews.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

"Bu ittihamlar əsassızdır",-deyə Nasser Kenani bildirib.

“Biz dəfələrlə demişik ki, regionda fəaliyyət göstərən müqavimət qrupları qərarlar qəbul edir və öz xalqlarının maraqları əsasında hərəkət edirlər”, - deyə Kenani əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İsrail Qəzza zolağında “strateji məğlubiyyəti qəbul edə bilməz” və “günahı İranın üzərinə atmaqla öz uğursuzluğunu əsaslandırmağa çalışır”.

Diplomat bir daha vurğulayıb ki, hazırda gərginliyin artması "ABŞ-nin sionist rejimin cinayətkar əməllərinə tam dəstəyinin nəticəsidir".

Mövsüm