“Qalatasaray“ qələbə qazandı

4 Avqust 2013 10:50 (UTC+04:00)
"Emirates Cup"da ilk oyunlar keçirilib


Yay mövsümün önəmli turnirlərindən olan "Emirates Cup"da ilk oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, son Türkiyə çempionu "Qalatasaray" ilk matçında "Porto" ilə qarşılaşıb.

Matçın 70-ci dəqiqəsində Felipe Melonun penaltidən vurduğu qol "Cim Bom"a qələbə qazandırıb - 1:0. Digər oyunda isə "Arsenal" "Napoli" ilə 2:2 bərabərə qalıb.

"Qalatasaray" - "Porto" 1:0
Melo, 70-pen (1:0)

"Arsenal" - "Napoli" 2:2
İnsayn, 7 (0:1), Pandev, 28 (0:2), Jiru, 73 (1:2), Koselni, 87 (2:2)

AzNews.az