KTMT Ermənistanın ölkəyə yardımla bağlı sənədi sammitin gündəliyindən çıxardığını açıqlayıb

20 Noyabr 2023 15:51 (UTC+04:00)

Ermənistan ona yardım haqqında sənədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin gündəliyindən çıxarıb.

Aznews.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

“Erməni tərəfi, bütün digər müttəfiqləri bu qərarı dəstəkləsələr də, bu sənədə heç bir maraq göstərmədilər və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, - Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib.

Tasmaqambetov qeyd edib ki, Ermənistana yardımla bağlı qərarın yekunlaşdırılması KTMT Kollektiv Təhlükəsizlik Şurasının göstərişlərindən biridir. Onun sözlərinə görə, 34 göstərişdən yalnız biri yerinə yetirilməyib - Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrin təşkili.

Mövsüm