İrəvan və Brüssel Aİ-nin monitorinq missiyasının statusu haqqında saziş imzalayıblar

20 Noyabr 2023 17:12 (UTC+04:00)

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos Ermənistan-Azərbaycan sərhədində yerləşən Aİ-nin monitorinq missiyasının statusu haqqında saziş imzalayıblar.

Aznews.az xəbər verir ki, bu barədə "Armenpress" xəbər yayıb.

"Bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından çox şey təklif edib. Bu gün imzaladığımız status sazişi missiyanın ölkədə mövcudluğunun müxtəlif hüquq və öhdəliklərinin tənzimlənməsinə gəldikdə daha çox hüquqi müəyyənlik gətirməyə kömək edəcək", - Maraqos bildirib.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri bir neçə gün əvvəl Brüsseldə Aİ-nin Ermənistandakı monitorinq missiyasının genişləndirilməsi təklifini bəyəniblər.

2023-cü ilin fevral ayından Ermənistanda Aİ-nin Monitorinq Potensialı fəaliyyətə başlayıb və onun üzvləri Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul edir.

Mövsüm