Türkiyədə Prezident kabineti toplanıb

20 Noyabr 2023 17:26 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident kabineti toplanıb. İsrailin Qəzzada törətdiyi qırğına qarşı atılacaq addımlar və iqtisadiyyatda və terrorla mübarizədə son inkişaflar gündəm məsələsi olub.

Bu gündəmlə prezident Ərdoğanın sədrliyi ilə Beştəpədə Nazirlər Kabinetinin iclası keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə TRTHaber məlumat yayıb.

Xəbərdə, "oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya qanlı hücumları səbəbiylə prezident Ərdoğan sıx diplomatiya hərəkəti həyata keçirir. Oktyabrın 31-də keçirilən Nazirlər Kabinetinin son iclasından sonra o, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanına, ən son isə Almaniyaya səfər edib. Prezident Ərdoğan bu səfərləri zamanı İsrailin törətdiyi vəhşiliyi dünya gündəminə çatdırıb",-deyə qeyd edilib.

Həmçinin bildirək ki, görüşdə Qəzzaya humanitar yardımın çatdırılması da müzakirə olunacaq. Türkiyə indiyədək təyyarə və gəmi ilə bölgəyə humanitar yardım və tibbi ləvazimat göndərib. Qəzzada xərçəng xəstələri də müalicə üçün Misir vasitəsilə Türkiyəyə gətirilir.

İqtisadiyyatda baş verənlər və terrorla mübarizə də Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək mövzular sırasındadır.

Mövsüm