Ərdoğan: "Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram"

20 Noyabr 2023 22:00 (UTC+04:00)

"Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram".

"Aznews.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər:

"Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular".