Suriyaya 7,5 milyon avroluq humanitar yardım

4 Avqust 2013 12:00 (UTC+04:00)
Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında davam edən döyüşlər fonunda əhali gün keçdikcə daha çox humanitar yardıma ehtiyac duyur.

Ötən gün ilk dəfə Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə rekord həcmdə humanitar yardım azuqələri gətirilib. "Suriyada Fitr Bayramı" adı altında Böyük Britaniyadan yola düşən 75 avtomobildən ibarət konvoy, ümumilikdə, 7.5 milyon avro dəyərindədir.

Anspress xəbər verir ki, təşkilatçıların sözlərinə görə, konvoy Suriyaya Türkiyə ilə sərhəd bölgəsindən, Cilvəgözü qapısından daxil olacaq. Konvoyun tərkibində, eyni zamanda, zibilyığan traktorlar, yanğınsöndürən avtomobillər və təcili tibbi yardım maşınları da Suriyaya daxil olacaq. Birləşmiş Müsəlmanlar Təkilatının sədri Məhəmməd Şakiəl Şabir yardımla bağlı açıqlamasında bildirib ki, yardım kampaniyasına təkcə müsəlmanlar deyil, eyni zamanda xristianlar və digər dinlərin tərəfdarları, hətta, dindar olmayan insanlar da qoşulublar:

"Hər bir avtmobildə tibbi ləvazimat, ərzaq, oyuncaqlar, uşaqlar üçün şirniyyat var. Bir çox insan bizə bu işdə dəstək olub. Bizə müxtəlif dini məzhəbdən olan insanlar, müsəlmanlar, qeyri-müəlsmanlar, oruc tutanlar və tutmayanlar kömək ediblər".

Qeyd edək ki, Fitr bayramı hər il Ramazan ayının sonunda qeyd olunur.

AzNews.az