Avropa Şurasının rəhbəri Şarl Mişel Avromaydanın ildönümü ilə əlaqədar Kiyevə elan olunmamış səfərlə gəlib.
Aznews.az xəbər verir ki, bu barədə Şarl Mişel X sosial şəbəkəsində məlumat verib.
Siyasətçi Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katerina Maternova ilə əl sıxarkən çəkilmiş şəklini yayımlayaraq, “Kiyevdə yenidən dostlar arasında olmaq gözəldir”,- deyə qeyd edib.
Mövsüm