Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın "Armtimes" portalı məlumat yayıb .
Alen Simonyan qeyd edib ki, “KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyi” mövcud vəziyyətə görə tədbirdə iştirak etməyi məqsədəuyğun hesab etmir. O, həmçinin əlavə edib ki, qərarla bağlı həmkarlarına məlumat verib. Eyni zamanda, spiker xatırladıb ki, İrəvanın KTMT-dən çıxmaqla bağlı qərarı yoxdur.
Mövsüm