Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq yoxdur

22 Noyabr 2023 21:30 (UTC+04:00)

İrəvan bildirir ki, hazırda Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq yoxdur.

Aznews.az xəbər verir ki, bu barədə erməni mediası Ermənistanın delimitasiya komissiyasına rəhbərlik edən baş nazirin müavini Mher Qriqoryana istinadla bildirib.

Qriqoryan qeyd edib ki, hazırda komissiyaların iclası ilə bağlı konkret razılaşma yoxdur.