Parlament binasındakı abidələrlə bağlı ilginc məlumat

4 Avqust 2013 14:30 (UTC+04:00)
Britaniyanın 4 keçmiş baş nazirinin parlamentin binasında qoyulan abidələrinin ətrafı hasarlana bilər.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, bununla həmin heykəlləri müstəqil deputatlardan qorumaq istəyirlər.

Parlament üzvləri arasında belə bir inanc mövcuddur – parlamentdə yaxşı çıxış etmək üçün Çerçill və ya Tetçerin abidələrinin ayaqlarına əllə toxunmaq lazımdır.

Ancaq sarayın kuratoru bildirib ki, belə toxunmaları heykəllərə ziyan vurur.

Ona görə də hələlik "Əl vurmayın! " lövhəciyini vurmaqla kifayətləniblər. Ancaq bu xəbərdarlı deputat ənənəsini pozmazsa, o zaman heykəli əl çatmaz hasarla deputat ənənəsindən qoruyacaqlar.


AzNews.az