Vladimir Putin KTMT sammiti üçün Minskdə səfərdədir

23 Noyabr 2023 14:14 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək üçün Minskdə səfərdədir.

Kremlin bildirdiyinə görə , gündəliyə KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi daxildir. Ölkə liderləri regional və beynəlxalq məsələlərə də toxunacaqlar.

Mövsüm

Aznews.az