Pakistanda təhlükəsizlik qüvvələri 4 yaraqlını zərərsizləşdirib

23 Noyabr 2023 18:46 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətinin Keç bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş verən qarşıdurmada 4 yaraqlı zərərsizləşdirilib.

Silahlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat paylaşılmayıb.

Digər tərəfdən, Hayber Paxtunxva əyalətində bombalı hücumlarda 2 əsgər və 6 mülki vətəndaş həyatını itirib.

Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artmaqdadır.

Mövsüm

Aznews.az