Kompüter asılılığından necə qurtulmalı?

4 Avqust 2013 16:23 (UTC+04:00)
Kompüter asılılığı problemini həll etmək üçün hər şeydən əvvəl beyin bir müddət istirahət etməlidir. Yəni kompüter oyunları səbəbi ilə beyin tarazlığı pozulan adam, ən azı 3 ay müddətində kompüter oyunlarından uzaq dayanmalıdır.


AzNews.az med.az-a istinadən bildirir ki, bu istiqamətdə heç bir fəaliyyət görməməlidir.

Türkiyəli həkim Dr. Yavuzun sözlərindən aydın olur ki, həmin müddət ərzində oxuma və öyrənmə fəaliyyətləri dayandırılmalı və lazımi işlər yerinə yetirilməlidir.

Çünki qalıcı pozuqluqlar inkişaf etməyibsə, bir müddət sonra beyin funksiyaları köhnə fizioloji və normal vəziyyətinə qayıdacaqdır.
Kompüter asılılığı olan şəxslərə hər hansı bir dərman istifadəsi və ya antidepressant dərmanlar güclü təsir göstərmir.

Hətta bunlar vəziyyəti daha da gərginləşdirə bilərlər. Ən yaxşısı 2-3 ay kompüterdən uzaq olmaqla, beyni dinləndirməklə normal fəaliyyətlərə üstünlük verməkdir.

AzNews.az