General söz verdi: “Aksiyalar silah gücünə dağıdılmayacaq“

4 Avqust 2013 17:30 (UTC+04:00)
Misirin müdafiə naziri alimlərlə görüşü zamanı bununla bağlı vəd verib
Bu gün Misirin tanınmış alimlərindən Məhəmməd Hassan bir qrup tanınmış alimlərlə birlikdə müdafiə naziri Abdulfəttah əs-Sisi ilə görüşdüklərini və Sisinin onlara aksiyaların dağıdılmasında gücdən istifadə olunmayacağı ilə bağlı vəd verdiyini açıqlayııb.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Misirin tanınmış alimlərindən Alimlər Şurasının sədri Abdullah Şakir, Ensarü-Sünnə Vəqfinin başçısı Camal əl-Merakibi, "Müsəlman Qardaşları" Təşkilatının keçmiş İslami İşlər Ali Məclisinin baş katibi Salah Sultan, Azadlıq və Ədalət Partiyası liderlərindən Eymen Abdulqani və İnkişaf Partiyası liderlərindən Safvet Abdulganinin də general Sisi ilə görüşə hazır olduqları bildirilir.

M.Hassan ölkə KİV-lərinə müsahibəsində İnqilaba Dəstək Milli İttifaqının onlara aksiyaların zor gücünə dağıdılmamasına nail olmaq, sülhün təmin olunması üçün yeni şəraitin hazırlanması və Sisidən 30 iyun hadisələrində həbs olunmuş siyasətçilərin azad olunmasını tələb etmək kimi 3 əsas tapşırıq verdiyini bildirib.

Hassan qeyd edib ki, alimlər Sisi ilə söhbətlərində aksiyaların zor gücünə dağıdılmasının ölkədə fəlakətə səbəb olacağını bildiriblər:

"Sisi bizə bəzi vədlər verdi. Bizim üçün əhəmiyyətli olan əsas məsələ odur ki, aksiyalara qarşı silahdan istifadə olunmasın və ölkədə vətəndaş müharibəsinin qarşısını almaq üçün günahsız insanların öldürülməsinə mane olaq. Biz ondan milli sülhün təmin edilməsi üçün mühitin hazırlanmasını tələb etdik. Hərbi məclisin nümayəndələri də bizdən "Rabiatul-Adeviyye" və "Nahda" meydanındakı çıxışlarımızda sükunəti təmin etməyimizi və aksiyaçıların sülhə riayət etmələrini tələb etdilər. Mən isə bunu deyirəm: milli barış ancaq iki şərtlə reallaşar, birincisi yaxşı niyyət, ikincisi isə kimsənin tələblərini qulaqardına vurmadan ədalətli davranmaqdır".

AzNews.az