Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər

26 Noyabr 2023 14:35 (UTC+04:00)

Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər.

Aznews.az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.