“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.
Təşkilat qarşısına Azərbaycanda vətəndaşların sosial informasiyalarla təmin edilməsinə, hüquqi maariflənməsinə və ictimai iştirakçılığının güclənməsinə, elmi araşdırmalara, sosial-iqtisadi islahatlara dəstək vermək məqsədi qoymuşdur .
Təşkilatdan verilən məlumata görə, təşkilat üzvləri Türkiyədə cümhuriyyət dövründə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasına və bərqərar olmasına töhfə vermiş azərbaycanəsilli fəaliyyətinin, irsinin öyrənilib təbliğ edilməsi istiqamətində işlərə başlamaq qərarına gəlmişlər.
Qeyd edilib ki, bu, siyasi tariximinzin mühüm bir dövrü və istiqaməti haqda mövcud ağ ləkələrin aradan qaldırlmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə vermiş olardı.
Bu məqsədlə hələlik xaricidilli açıq informasiya resurslarından məlumatlar toplanması , elektron arxivləşdirmə aparılması məqsədəmüvafiq bilinib.