Eldar Namazov Moskva səfəri barədə danışmaq istəmədi

4 Avqust 2013 21:16 (UTC+04:00)
Zəfər Quliyev: "Nikbinik, ancaq bir az gözləmək lazımdır"

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov avqustun 4-də axşam saatlarında Moskvadan qayıdıb. Ancaq o, səfərinin nəticələri barədə danışmaq istəməyib.

Milli Şuranın üzvlərindən olan Zəfər Quliyev isə "musavat.com"a bildirib ki, səfərin nəticələrindən razı qalmağa dəyər: "Eldar Namazov Tiflis səfərindən dərhal sonra Moskvaya gedib. Səfərdə məqsəd Rüstəm İbrahimbəyovla gələcək planları, seçki ilə bağlı məsələləri ciddi şəkildə müzakirə etmək idi. Onlar görüşüb danışıblar. Digər görüşlər barədə o qədər də məlumatlı deyiləm. Hər halda, həm Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov, həm də Eldar Namazov vətəndaşlıq məsələsinə nikbin baxırlar, tezliklə problemin çözüləcəyinə inanırlar. Onlar hesab edirlər ki, avqustun 10-na qədər bu məsələdə real nəticə əldə edilə bilər. Bir az gözləmək lazımdır".

AzNews.az