Şimali Koreya “Malligyong-1” casus peyki ilə Ağ Ev, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid dörd nüvə hücumu qabiliyyətinə malik gəminin fotoşəkillərini çəkdiyini iddia edib.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərində ölkə lideri Kim Çen Inın casus peyki ilə bağlı əməliyyat hesabatı və Ağ Ev və Pentaqonun peyk tərəfindən çəkilmiş fotoşəkillərini araşdırdığı bildirilib.
Həmçinin xəbərdə, Türkiyə Silahlı Qüvvələrinin bazasından və İtaliyanın paytaxtı Romadan da görüntülər çəkdiyini iddia edilib.
Mövsüm
Aznews.az