"Cığır" romanı özbək dilində çap edilib

28 Noyabr 2023 15:08 (UTC+04:00)

Yazıçı-publisist, tarixi romanlar yazarı Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan "Cığır" romanı özbək dilində çap edilib.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.

Qeyd edək ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu" romanları işıq üzü görüb və populyarlıq qazanıb.