İsrailin xarici kəşfiyyat xidmətinin Mossad rəhbəri David Barnea “humanitar fasilənin” uzadılması və məhbus mübadiləsinin davam etdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün Dohaya gedib.
“Times of Israel” qəzetinin məlumatına görə, Barnea Qətərə mühasirəyə alınmış Qəzza zolağında münaqişədə “humanitar fasilənin” daha da uzadılması və tərəflər arasında əsir mübadiləsinin davam etdirilməsi məsələlərini müzakirə etmək üçün gedib.
Barneanın Dohada Qətər rəsmiləri və ABŞ Xarici Kəşfiyyat Təşkilatının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns ilə görüşlər keçirəcəyi bildirilib.