İndoneziyada Krakatau vulkanı püskürüb

28 Noyabr 2023 16:59 (UTC+04:00)

Çərşənbə axşamı səhər İndoneziyanın Sunda boğazının sularında yerləşən Anak Krakatau vulkanının püskürməsi nəticəsində hündürlüyü təxminən 1 kilometr olan vulkan külü səmaya səpələnib.

Vulkanın müşahidə məntəqəsinin rəsmisi Anggi Nuryo Saputro, yerli vaxtla səhər saat 06.29-da baş verən partlayışın 130 saniyə davam etdiyini və külün küləyin təsiri ilə şimala doğru yönəldiyini bildirib.

Saputro, "Şimala doğru gedən sıx kül buludunun bozdan qaraya qədər rəngdə olduğu müşahidə edildi",-deyə bildirib.

Mövsüm

Aznews.az