Bakıda və Sumqayıtda minik avtomobilləri yandı

5 Avqust 2013 07:50 (UTC+04:00)
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobilinin yanar hissələri yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes-ML" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az