Bakıda zəncirvari qəza; 2 nəfər öldü

5 Avqust 2013 07:57 (UTC+04:00)
Bakıda baş verən zəncirvari qəzada iki nəfər ölüb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər saat 09.00 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

"VAZ 21015", "Opel" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb və bir nəfər xəsarət alıb.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

AzNews.az