BƏƏ Prezidenti Azərbaycana səfər edəcək

30 Noyabr 2023 21:29 (UTC+04:00)

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycana səfərə dəvət edib.

Aznews.az xəbər verir ki, dövlət başçısı dəvətini noyabrın 30-da Dubay şəhərində Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdə çatdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti dəvət məmnunluqla qəbul edib.