Gəncədə 19 yaşlı qız intihar etdi

5 Avqust 2013 08:49 (UTC+04:00)
Gəncədə intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Elbrus Abdullayev küçəsi ev-30 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 19 yaşlı Vüsalə Ələddin qızı Fərzəliyeva yaşadığı evin damında özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az