Ermənistanda hərbçi naməlum şəraitdə yaralanıb

4 Dekabr 2023 12:06 (UTC+04:00)

Ermənistanda hərbçi naməlum şəraitdə yaralanıb.

Məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hadisə dekabrın 4-də saat üç radələrində baş verib. Yaralı hərbçinin vəziyyəti ağır, sabit olaraq dəyərləndirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.