Mərmərə dənizində baş verən 5,1 bal gücündə zəlzələ İstanbulda hiss olunub

4 Dekabr 2023 14:18 (UTC+04:00)

Mərmərə dənizində 5,1 bal gücündə zəlzələ baş verib, yeraltı təkanlar İstanbul və Bursada hiss olunub.

Aznews.az xəbər verir ki, bu barədə bazar ertəsi, dekabrın 4-də TRT telekanalı məlumat yayıb.

Türkiyə Fövqəladə Hallar İdarəsinin məlumatına görə, zəlzələ səhər saat 10:42-də Bursa vilayətində dəniz səthinin təxminən 8,98 km dərinliyində baş verib.

Mövsüm