“Səməndər” İB tarixçi alimlərlə görüş keçirib

11 İyul 2023 15:34 (UTC+04:00)

“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi İctimai Birliyi və Siyasi Təhlil və Araşdırmalar İctiami Birliyinin üzvləri AMEA-nln Tarix İnstitutunun bir qrup əməkdaşı ilə görüş keçirmişlər.

Verilən məlumata görə, görüşdə İctimai Birliyin Türkiyədə cümhuriyyət dövründə demokratik çoxpartiyalı siyasi sistemin yaranmasına və bərqərar olmasına töhfə vermiş azərbaycanəsilli siyasətçilərin fəaliyyətinin, irsinin öyrənilib təbliğ edilməsi təşəbbüslər haqda məlumat verilmiş, bu istiqamətində fikir mübadiləsi aparılmışdır.

Qeyd edilib ki, bu, siyasi tariximizinin mühüm bir dövrü və istiqaməti haqda mövcud ağ ləkələrin aradan qaldırılmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə vermiş olardı.

Gələcək tədqiqatlarda Azərbaycan arxivlərinin, o cümlədən Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin materiallarından, eləcə də əməkdaşlarının potensialından istifadə edilməsinin məqsədəmüvafiq olması vurğulanıb.
İndiyədək Azərbaycanda bu istiqamətdə dərc olunmuş materiallarla tanışlıq üçün işçi qrup yaradılması da qərara alınmışdır.

Türkiyədə görüləcək işlərlə bağlı xüsusi müzakirələr keçiriləcəkdir.