İctimai Birlik tədqiqat aparacağı sahə üzrə istiqamətlər müəyyən edib

20 İyul 2023 16:05 (UTC+04:00)

“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi İctimai Birliyində Türkiyədə cümhuriyyət dövründə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasına və bərqərar olmasına töhfə vermiş azərbaycanəsilli siyasətçilərin fəaliyyətinin, irsinin öyrənilib təbliğ edilməsi üçün görüləcək işlərlə bağlı ilkin araşdırmlar və mütəxəsssilərlə görüşlərdən sonra geniş müazkirə aparılmış tədqiqat istiqamətləri müəyyən edilmişdir.

İctimai Birlikdən verilən məlumata görə, layihə üzrə Türkiyə Respublikasının payatxtı Ankara, eləcə də İstanbul və Qars şəhərlərində sahə araşdırmaları aparılması, müvafiq arxivlər öyrənilməsi Türkiyə siyasi partiyalarının quruculuğunda və işində iştirak etmiş azərbaycanlıların varislərindən, həyatda olan azərbaycanəsilli siyasətçilərin özlərindən intervülər götürülməsi nəzərdə tutulur.

Aparılmış təqdiqat barədə KİV-lərdə məlumat və araşdırmalar dərc olunacaq, tədqiqatın nəticələri kitab şəklində dərc edilərək təqdimatı keçirləcək, kitab kitabaxanalar və elmi tədqiqat müəssisələrinə təmannasız olaraq paylanacaq.