FHN yol qəzası ilə bağlı məlumat yaydı

5 Avqust 2013 09:28 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xəzər rayonunda səhər saatlarında baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda "Mercedes", "Opel" və "VAZ" markalı 3 minik avtomobili toqquşub. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Opel" markalı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Anar Məmmədov ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A.Məmmədovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


AzNews.az