İran Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlib

4 Dekabr 2023 18:01 (UTC+04:00)

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində komandanın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, həmçinin HDQ qərargahını və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarəti planlaşdırılır.