Tahir Budaqov: "YAP-ın növbəti qurultayının keçirilməsinə zərurət yoxdur"

4 Dekabr 2023 18:42 (UTC+04:00)

“Siyasi partiyalar haqqında” yeni qanunla əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının keçirilməsinə zərurət yoxdur".

Aznews.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, YAP-ın nizamnaməsi və proqramı yeni qanunvericiliyə də uyğundur: “Seçkilərdən öncə YAP növbəti qurultayını keçirəcək”.