Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək

5 Dekabr 2023 14:53 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

"Sabah prezident Putinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına işgüzar səfərləri baş tutacaq", - Kreml rəsmisi bildirib.

Mövsüm