Rusiya və İran sanksiyalara qarşı mübarizə haqqında sənəd imzalayıb

5 Dekabr 2023 16:31 (UTC+04:00)

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian Moskvada sanksiyalara qarşı mübarizə haqqında sənəd imzalayıblar .

Sənəd “Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburi tədbirlərin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannaməsi” adlanır.

Danışıqlar Xəzəryanı dövlətlərin: Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə baş tutub.

Mövsüm

Aznews.az