Putin Əbu-Dabiyə işgüzar səfərdədir

6 Dekabr 2023 12:02 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə işgüzar səfərdədir.

Aznews.az xəbər verir ki, bir gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının BƏƏ və Səudiyyə Ərəbistanına rəsmi səfərlərini açıqlamışdı.

Onun sözlərinə görə, Putin bu ölkələrə səfəri zamanı ilk növbədə ikitərəfli münasibətləri, beynəlxalq və regional gündəmi, o cümlədən Fələstin-İsrail münaqişəsinə dair fikir mübadiləsi aparacaq.

Peskov qeyd edib ki, gündəlikdə neft bazarı ilə bağlı məsələlər də yer alacaq.

Mövsüm