Vladimir Putin BƏƏ-də səfərdədir

6 Dekabr 2023 14:25 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfərə gəlib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, burada o, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun məlumatına görə, görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayacaq, daha sonra liderlər təkbətək görüş keçirəcəklər.

Daha sonra V.Putin Səudiyyə Ərəbistanına yollanacaq. Orada Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə danışıqlar aparması planlaşdırılır.